Braziliyada çimərlikdə Cessna Aircraft biznes reaktivi uçuş-enmə zolağından çıxaraq partlayıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbər verir ki , fövqəladə hadisə nəticəsində pilot həlak olub, 7 nəfər yaralanıb .
Təyyarə Ubatuba şəhərində qəzaya uğrayıb.
Yayımlanan görüntülərdə təyyarənin Qastan Madeyra hava limanında yüksək sürətlə uçuş-enmə zolağından necə yuvarlandığı, yolun hərəkət hissəsini keçdiyi və daha sonra partlayışın baş verdiyi şəhər çimərliyinə uçduğu əks olunub.
Pilot biznes təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. Təyyarənin göyərtəsində ümumilikdə 5 nəfər olub. Qalanlarını hadisə şahidləri xilas edib, insanları təyyarənin qalıqları altından çıxarıblar. Həlak olanlar arasında həm sərnişinlər, həm də çimərliyə gedənlər var.
Təyyarənin qəzaya uğramasının ilkin səbəbi pis hava şəraiti və yağışdan islanmış uçuş-enmə zolağı olub.
Nilay