Voronej üzərində silsilə partlayışlar baş verib ki, bu da hava hücumundan müdafiə sisteminin işləməsi ilə bağlı ola bilər.
32gun.az bildiror ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, şəhərin üstündəki səmada üç-dörd partlayış səsi eşidilib. Yerli sakinlər səmada şimşək gördüklərini də qeyd edirlər.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Mümkün dağıntılar və tələfatla bağlı hələlik rəsmi məlumat yoxdur.
Ayxan