Britaniyanın Nyupor şəhərində məhkəmə 2013-cü ildə səhvən zibilliyə atılmış 8 min bitcoinlə bağlı keçmiş sahibin iddiasını rədd edib.
32gun.az bildirir ki, bu barədə BBC News məlumat yayıb.
39 yaşlı İT mütəxəssisi Ceyms Hovellsin sözlərinə görə, həmin diski o dövrdəki sevgilisi təsadüfən atıb. Bitcoinlərin hazırkı dəyəri təxminən 76 milyard rubldur. Onları tapmaq üçün Nyupordakı zibillikdə 100 min ton tullantı ələnməli idi.
Hovells 2024-cü ilin sonunda məhkəməyə müraciət edərək şəhər hakimiyyətindən 495 milyon funt sterlinq (62 milyard rubl) məbləğində təzminat tələb edib. Lakin məhkəmə onun tələbini əsassız hesab edərək iddianı rədd edib. Ceyms Hovellsin sözlərinə görə, iddia ilkin dinləmələr mərhələsində ləğv olunub və ona izah etmək üçün heç bir imkan yaradılmayıb.
Qeyd edək ki, 2024-cü il dekabrın 5-də bitcoinin qiyməti ilk dəfə olaraq 100 min dolları keçibmiş, lakin ayın sonuna qədər...
Ayxan