DÜNYA ÖZ XƏBƏR

Bolqarıstan Ukrayna ərazisinin bir hissəsini ölkəyə qaytarmağa çağırır

Bolqar siyasətçi: "Cənubi Bessarabiyanı Bolqarıstana qaytarmaq lazımdır"

Bolqarıstanın “Vozrojdenie” partiyasının lideri Kostadin Kostadinov Cənubi Bessarabiyanın (Odessanın cənubu, Ukrayna) Bolqarıstanın tərkibinə qaytarılmalı olduğunu bildirib.

32gun.az bildirir ki, o, bu fikrini öz Telegram kanalında paylaşıb.

Kostadinovun sözlərinə görə, bu regionda 450 ildən çoxdur yerli əhalinin əsas hissəsini bolqarlar təşkil edir. O, Bolqarıstan ilə Makedoniyanın birləşməsinin və Cənubi Bessarabiyanın Bolqarıstana qaytarılmasının tamamilə məntiqli olduğunu vurğulayıb:

“Bolqarıstan Cənubi Bessarabiyaya olan hüquqlarını bəyan etməlidir,” – deyə siyasətçi bildirib.

Kostadinov, həmçinin, Ukraynanın gələcəkdə “dünyanın dinc konqresində dağılacağını” və dövlətçiliyini itirəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Macarıstan parlamentinin ultrasağçı “Bizim Vətənimiz” partiyasının lideri Laslo Torotskay, Ukraynanın müstəqil dövlət kimi mövcudluğunu itirəcəyi təqdirdə, Macarıstanın Zakarpatyeyə iddia edə biləcəyini bəyan etmişdi.

Ayxan 

Oxşar Xəbərlər