ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Nyu-York məhkəməsinin onun şirkəti Trump Organization tərəfindən maliyyə sənədlərinin saxtalaşdırılması və keçmiş pornoaktrisa Stormi Danielsə ödənişlərlə bağlı iş üzrə çıxardığı hökmü "rüsvayçılıq və növbəti cadugər ovu" adlandırıb. Bl
32gun.az bildirir ki, bu barədə yerli media məlumat verib.
“Altı illik təqiblər, milyonlarla israf edilən vəsait və Bayden/Harris Administrasiyasının Ədliyyə Nazirliyi ilə koordinasiyadan sonra mənə qeyd-şərtsiz azadlıq verildi. Bu nəticə göstərir ki, heç bir iş olmayıb və yoxdur," – deyə Tramp bildirib.
O, qərarı ABŞ-da "seçkilərə müdaxilə" kimi qiymətləndirib və məhkəmə prosesini "rüsvayçı səhnə" adlandırıb. Tramp həmçinin, amerikalıların məhkəmə sisteminə inamını bərpa etmək üçün qərardan apellyasiya şikayəti verəcəyini bəyan edib.
10 yanvarda Nyu-York məhkəməsi Trampı maliyyə sənədlərinin saxtalaşdırılması işində məsuliyyətdən azad edib və ona formal məhkumluq təyin edib. Qərara əsasən, Tramp nə həbs, nə cərimə, nə də sınaq müddəti ilə üzləşəcək. Lakin məhkəmə hökmü qüvvədə qalacaq.
Beləliklə, Tramp ABŞ tarixində məhkumluqla prezidentliyə vəzifəyə başlayan ilk prezident olacaq. Onun inauqurasiyası 20 yanvarda keçiriləcək. ABŞ Konstitusiyasına görə, məhkumluğu olan şəxslərin prezidentliyə namizədliyini irəli sürməsinə və ya bu vəzifəni tutmasına qadağa qoyulmur.
Xatırladaq ki, 2024-cü ilin mayında Nyu-York məhkəməsi Trampı 34 maddə üzrə maliyyə sənədlərinin saxtalaşdırılmasında təqsirli bilmişdi. İttiham tərəfi iddia edirdi ki, Trampın vəkili Maykl Koen 2016-cı il prezident seçkilərində qalib gəlməzdən əvvəl Danielsə 130 min dollar susqunluq müqabilində ödəyib. Daniels Trampla 2006-cı ildə görüşdüyünü iddia etsə də, Tramp bu iddiaları rədd etmişdi.
Ayxan