Moskvanın ÇSKA komandası Kontinental Hokkey Liqasının (KHL) müntəzəm çempionatında ardıcıl dördüncü məğlubiyyətini alıb.
32gun.az bildirir ki, yanvarın 10-da "armiya klubu" "Kunlun" komandasına 3:0 hesabı ilə uduzub.
"Mitishi Arenası"nda keçirilən qarşılaşmada Çin təmsilçisinin hücumçusu Tszyan Fu iki qol vuraraq dubla imza atıb (12-ci və 24-cü dəqiqələrdə). Üçüncü qolu isə oyunun son dəqiqəsində kanadalı Tayler Qraovats boş qapıya vurub.
Bu məğlubiyyət ÇSKA üçün 2025-ci ildə ardıcıl dördüncü yenilgi oldu. Daha əvvəl "armiyalılar" yanvarın 3-də SКА-ya (3:6), 5-də "Lokomotiv"ə (1:4) və 7-də Minsk "Dinamo"suna (0:2) məğlub olmuşdular. Play-off zonasında olmayan "Kunlun" üçün isə bu, ardıcıl altıncı qələbədir.
Hazırda Qərb Konfransının turnir cədvəlində ÇSKA 43 oyundan sonra 57 xalla üçüncü yerdədir, "Kunlun" isə 43 matçda 42 xal toplayaraq doqquzuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, 2024-cü ilin fevralında Beynəlxalq Hokkey Federasiyası (IIHF) Rusiya və Belarus milli komandalarının uzaqlaşdırılmasını uzadıb. Təşkilat 2025-ci ilin may ayında bu komandaların 2025/26 mövsümündə reabilitasiyası ilə bağlı qərar verəcəyini açıqlayıb.
Ayxan