DÜNYA ÖZ XƏBƏR

Kanada vətəndaşı Rusiyaya casusluqda ittiham olunaraq Polşada həbs edilib

Polşada Kanada vətəndaşı Rusiya kəşfiyyatına işlədiyi iddiası ilə 8 aylıq həbs cəzasına məhkum edilib.

32gun.az bildirir ki, bu barədə Polşa Milli Prokurorluğu məlumat yayıb. 

“Bu gün 18 yaşlı kanadalı Polşa Respublikasına qarşı yönəlmiş fəaliyyətlərdə iştirakı ilə bağlı cəza alıb”, - deyə məlumatda bildirilir.

Məlumata görə, kanadalı Donetskdə işə götürülüb və ona Polşanın hərbi potensialı və Polşa ordusunda xidmət edən şəxsi heyət haqqında məlumatların toplanması və Rusiya kəşfiyyat orqanlarına ötürülməsi tapşırığı verilib.

Məhkəmə iddia edilən ittihamla nəzərdə tutulduğundan daha az ağır cəza təyin edib və onun 23 may 2024-cü il tarixindən həbsdə saxlandığı vaxtı cəzanın tərkib hissəsi kimi nəzərə alıb

Nilay 

Oxşar Xəbərlər