DÜNYA ÖZ XƏBƏR

Polisə Kursk vilayətinin sakinlərinin axtarışı üçün mindən çox müraciət daxil olub

Kursk vilayətində 1 174 itkin düşmüş şəxsin tapılması ilə bağlı müraciət polisə daxil olub. Bunlardan 240-ı artıq tapılıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin müvəqqəti icraçı qubernatoru Aleksandr Xinşteyn özünün Telegram kanalında məlumat verib.

9 yanvar tarixində Rusiya üzrə Ombudsman Tatyana Moskalkova Kursk vilayətində itkin düşmüş 517 nəfərin adını ehtiva edən siyahı təqdim edib. Ailələri ilə əlaqə qura bilməyən bu şəxslərin yaxınları federal Ombudsmana müraciət edərək kömək istəyib.

Həmçinin, Xinşteyn qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi Kursk vilayətinin sərhəd ərazisində yerləşən 158 yaşayış məntəqəsini xüsusi komissiyalarla yoxlamaq üçün ilk siyahını hazırlayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bu məntəqələrdən ən azı 16-sında Ukrayna silahlı qüvvələrinin hərəkətləri nəticəsində evlər zərər görüb və ya dağılıb.

Ayxan 

Oxşar Xəbərlər