DÜNYA ÖZ XƏBƏR

Stavropol vilayətində Mahaçqala hava limanında baş vermiş qırğınla bağlı hökm çıxarılıb

Stavropol vilayətində məhkəmə Dağıstandan olan 4 nəfəri Məhachqaladakı hava limanında baş vermiş iğtişaşlarla bağlı 10 il müddətinə ümumi rejimli koloniyaya göndərib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Stavropol vilayətinin Georgiyevsk şəhər məhkəməsi, 2023-cü ilin 29 oktyabrında Məhəmməd Ramazanov, Radjab Radjabov, Marat Rabadanov və Zaurbeg Xalikovun dini və milli nifrət zəminində, eləcə də İsrail vətəndaşlarına qarşı yaranan düşmənçilik səbəbindən Uytəş hava limanında baş vermiş iğtişaşlara qatıldığını müəyyən edib.

İğtişaşlar zamanı zorakılıq tətbiq edilib və hava limanının əmlakı məhv edilib. Hava limanına dəyən ziyan 24 milyon rubldan çox olub. Həmçinin, aviasiya və nəqliyyat təhlükəsizliyi tələbləri pozulub, nəticədə hava limanının fəaliyyəti tamamilə dayandırılıb, müntəzəm reyslər təxirə salınıb və ya ləğv edilib, bəziləri isə digər şəhərlərə yönəldilib. Hadisə nəticəsində 23 dövlət nümayəndəsi müxtəlif dərəcəli xəsarətlər alıb.

Ayxan 

Oxşar Xəbərlər