DÜNYA ÖZ XƏBƏR

Konslager məhbusu 102 yaşında vəfat edib

Fransa Müqavimət Hərəkatının veteranı və Buxenvald konslagerinin məhbusu Roje Lebranşü 102 yaşında vəfat edib

Fransa Müqavimət Hərəkatının veteranı və Buxenvald konslagerinin keçmiş məhbusu Roje Lebranşü 102 yaşında dünyasını dəyişib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris Normandie elektron nəşri xəbər verib.

İkinci Dünya Müharibəsi zamanı o, Fransanın Müqavimət Hərəkatında iştirak edib və 1943-cü ilin yayında nasist işğalçıları tərəfindən ələ keçirilib. Lebranşü, Buxenvald konslagerində iki il qaldıqdan sonra qaçmağa müvəffəq olub.

Antifaşist, həyatını idmana həsr edib. O, iki dəfə Fransa çempionu olub və Fransa milli komandasında üzv kimi fəaliyyət göstərib.

2024-cü ilin yazında Parisdə keçiriləcək Olimpiya Oyunlarından əvvəl, 101 yaşında olarkən, Lebranşü Olimpiya alovunun estafetində ən yaşlı iştirakçı olub.

Ayxan 

Oxşar Xəbərlər