DÜNYA ÖZ XƏBƏR

Yeniyetmə oğlan avtomobili ağaca çırpıb, xəsarət alanlar var

Vladivostokda əcnəbi nömrə nişanlı avtomobili idarə edən 15 yaşlı yeniyetmə ağaca çırpılıb. Qəza nəticəsində onun həmyaşıdı sərnişini xəsarət alıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə barədə Rusiya Federasiyasının regional Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə Vladivostokun Limannaya küçəsində baş verib. “Honda Insight” markalı avtomobili idarə edən yeniyetmə idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə 15 yaşlı qadın sərnişin döş qəfəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, azyaşlı sürücünün avtomobil idarə etmək üçün sənədləri olmayıb və o, sürücülük məktəbində oxumayıb.

Avtomobil sahibinə təhvil verilib. Hazırda hadisə ilə bağlı inzibati araşdırma aparılır.

Ayxan 

Oxşar Xəbərlər