Nikolas Maduronun Venesuelanın qanuni prezidenti kimi tanınmır.
32gun.az bildirir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas deyib.
O, açıqlamasında bildirib ki, hakimiyyət rəsmi seçki protokollarını dərc etmədiyinə görə seçkilərin nəticələri yoxlanılmamış qalır və xalqın iradəsini əks etdirmir.
Kallas qeyd edib ki, hakimiyyət şəffaf demokratik keçidi təmin etmək imkanlarını əldən verib və müxalifətə və vətəndaş cəmiyyətinə qarşı repressiyaları kəskin şəkildə artırıb, vətəndaşların qorxudulmasına və ölkədən çıxarılmasına gətirib çıxarıb. Aİ ikili vətəndaşlar da daxil olmaqla, əsassız həbslərə son qoymağa və bütün siyasi məhbusları azad etməyə çağırıb.
Sənəddə həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin Karakasa qayıtması alqışlanır və Venesuelanı bu və digər beynəlxalq qurumlarla konstruktiv əməkdaşlıq etməyə çağırır. Kallas əlavə edib ki, Aİ Şurası demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan 15 şəxsə qarşı yeni sanksiyalar paketi təqdim edib.
Ayxan