DÜNYA ÖZ XƏBƏR

Fransanın keçmiş prezidenti Sarkozi 2025-ci ilə qədər elektron qolbaq taxmalıdır

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi nüfuzdan sui-istifadə və istintaq sirrinin pozulması halında cəzasının icrasına nəzarət etmək üçün bu il ərzində daimi olaraq elektron qolbaq taxmağa məcbur olacaq.

32gun.az bildirir ki, bu barədə "Le Parisien" xəbər verib.

Qəzetin yazdığına görə, respublikanın eks-başçısı cihazın quraşdırılması üçün tezliklə məhkəməyə gəlməlidir. Sarkozidən hakimin onun daimi yaşayış yerini təyin edəcəyi arayışlar təqdim etməsi tələb olunur. Qeyd olunur ki, məhkuma gəzinti üçün də dəqiq vaxt təyin olunacaq.

2024-cü il dekabrın 18-də Fransa Kassasiya Məhkəməsi keçmiş siyasətçinin hüquq müdafiəçilərinin hökmdən apellyasiya şikayəti vermək cəhdini rədd edərək, onun üç il, o cümlədən bir il elektron qolbaq taxmaqla cəzasını yekun hesab edib.

Qeyd olunur ki, Sarkozi ölkə tarixində belə bir cihaz taxmağa məhkum edilən ilk prezident olub.

Nilay 

Oxşar Xəbərlər