Gələcəkdə müharibələr demək olar ki, tamamilə robotlaşacaq.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Zaporojye vilayətindən olan senator, robot sistemlərin BARS-Sarmat könüllü dəstəsinin komandiri Dmitri Roqozin bildirib.
“İnsanlar qorunan ərazilərdən robotları idarə edəcəklər. Təbii ki, qələbə o zaman mümkün olacaq ki, əsgərin çəkməsi rəqib torpağına bassın”- o deyib.
Onun sözlərinə görə, bu yanaşma ordunun şəxsi heyəti üçün riskləri minimuma endirəcək və insan həyatını xilas edəcək.
Eyni zamanda, iri hərbi texnika - iri tanklar və piyadaların döyüş maşınları daha çox hədəfə çevrilir və döyüşçünün təlimi, xüsusən də onun həyatı çox baha başa gəlir. Dövlətin və elm adamlarının məqsədi əsgərin yalnız operator kimi fəaliyyət göstərməsi və hətta hərbi əməliyyatlar zamanı təhlükəsiz olması olmalıdır, deyə Roqozin yekunlaşdırıb.
Ayxan