DÜNYA ÖZ XƏBƏR

Avtomobilin arxasına tübinq bağlama "əyləncəsi" faciə ilə nəticələndi

Başqırdıstan Respublikasında təhlükəli qış "əyləncəsi" faciə ilə bitib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Baş İnspektoru Vladimir Sevastyanov "Telegram" kanalında məlumat verib.

Hadisə yanvarın 11-də Alşe rayonunun Karan-Taşkıçu yolunun 1-ci kilometrində baş verib.

Məlumata görə, 19 yaşlı yerli sakin idarə etdiyi "Mitsubishi Lancer" avtomobilinə tübinq  bağlayıb. Təkərdə oturan başqa bir 19 yaşlı gənc olub. Avtomobil manevr edərkən təkər park edilmiş "Lada Priora" ilə toqquşub.

Yaralanan şəxs xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. İnsident zamanı avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmayıb.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin "Yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması" maddəsi ilə cinayət işi açılıb.

Sevastyanov bildirib ki, bu cür qış "əyləncələri" yolverilməzdir və əksər hallarda faciə ilə nəticələnir.

Nilay 

Oxşar Xəbərlər