DÜNYA ÖZ XƏBƏR

Çoxuşaqlı ailədə ailə başçısının işdən çıxarılmasını qadağan edilir

Rusiya hökuməti çoxuşaqlı ailələrin yeganə qazanc gətirən üzvünün işdən çıxarılmasına qadağanın genişləndirilməsini nəzərdə tutan qanun layihəsini şərti dəstəkləyib.

32gun.az bildirir ki, bu barədə TASS hökumətin sənədə verdiyi rəsmi rəyi əsas götürərək məlumat yayıb.

Mövcud qanuna əsasən, üç azyaşlı uşağı olan ailələrdə yeganə qazanc gətirən üzv, ən kiçik uşaq 3 yaşına çatana qədər işdən çıxarıla bilməz. Yeni təklif isə himayəsində 14 yaşına qədər üç və ya daha çox uşağı olanların işdən çıxarılmasına tam qadağa qoyulmasını nəzərdə tutur.

Qanun layihəsi Bryansk vilayət duması tərəfindən təqdim edilib.

Hökumət qanun layihəsini dəstəkləsə də, işəgötürənlər üçün əlavə maliyyə və inzibati yük yaradacağından bu kimi işçilərin əmək bazarında rəqabət qabiliyyətinin aşağı düşə biləcəyini qeyd edib. Eyni zamanda, qanun layihəsinin digər valideynin fərdi sahibkar kimi gəlir əldə edə biləcəyi və əmək münasibətlərində iştirak etməyə bilər kimi halları nəzərə almadığı vurğulanıb.

Nilay 

Oxşar Xəbərlər