DÜNYA ÖZ XƏBƏR

95 milyon il əvvəl yaşamış yeni dinozavr növünü aşkar ediblər

Almaniyalı alimlər Afrikada 95 milyon il əvvəl yaşamış yeni dinozavr növünü aşkar ediblər

Münxen Universitetinin alman paleontoloqları, 95 milyon il əvvəl Afrikada yaşamış əvvəllər məlum olmayan bir yırtıcı dinozavr növünü təsvir ediblər.

32gun.az bildirir ki, araşdırma "PLOS One" elmi jurnalında dərc olunub.

Əvvəlcə, qədim dinozavrın qalıqları 1914-cü ildə Bavariya alimləri Ernst Ştromer fon Reyxenbah tərəfindən aşkar edilib. O, tapıntılarını Münxenə göndərmiş və onlar şəhərin mərkəzindəki Köhnə Akademiyada saxlanılıb. Ştromer tapılan dinozavrı Carcharodontosaurus cinsinə aid etmişdi.

1944-cü ildə isə Köhnə Akademiya müttəfiqlərin hava hücumları nəticəsində tamamilə yanıb, kolleksiyanın böyük hissəsi, o cümlədən Misirdəki dinozavrların bütün sümükləri məhv olub. Lakin Ştromerin qeydləri və fotoşəkilləri arxivdə qorunub qalmışdı.

80 ildən sonra Münxen Universitetinin magistrantı Maksimilyan Kellermann bu sənədlərə rast gəlib və həmkarları ilə birgə təkrar araşdırma aparıb. Alimlər nəticəyə gəliblər ki, əvvəlki tədqiqatçı səhv edib və tapılan sümüklər əvvəllər bilinməyən bir dinozavr növünə aiddir.

Yeni dinozavra Tameryraptor markgrafi (təməriyraptor) adı verilib. Alimlərin hesablamalarına görə, bu dinozavrlar 10 metr uzunluğa qədər böyüyə bilirdilər, bu isə tarixdəki ən böyük quruda yaşayan yırtıcı olan tiranozavrdan bir az kiçikdir.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bu dinozavr, Şimali Afrika və Cənubi Amerikanın karxarodontosaurusları ilə, habelə Asiyadakı metriakantozaurlar qrupuyla yaxın əlaqəyə sahibdir.

Ayxan 

Oxşar Xəbərlər