Hindistanın Tamilnad ştatından olan balıqçılar 1 tondan artıq çəkisi olan nəhəng skat balığı tutublar.
32gun.az bildirir ki, bu barədə "The New Indian Express" məlumat yayıb.
Skat balığı sahildən təxminən 18,5 kilometr uzaqlıqda, balıqçıların toruna düşüb. Balığın ölçüləri onların qayığından böyük olduğu üçün onu gəminin göyərtəsinə qaldırmaq mümkün olmayıb. Buna görə də balıq torun içində sahilə qədər çəkilib.
Liman ərazisinə çatdıqdan sonra skat balığı kran vasitəsilə qaldırılıb və çəkisi ölçülüb. Nəticə heyrətləndirici olub — 1080 kiloqram. Daha sonra balıq hərraca çıxarılaraq 56 min rupi (təxminən 63,5 min rubl) məbləğinə satılıb.
Ayxan