DÜNYA ÖZ XƏBƏR

Ata "TikTok" videosu üstündə yeniyetmə qızını vuraraq öldürüb

ABŞ-dan Pakistana köçmüş bir kişi, 15 yaşlı qızı Hira-ul-Haqi, TikTok-da yayımladığı videoları bəyənmədiyi üçün öldürüb.

32gun.az CNN-ə istinadən bildirir ki, bu hadisə, ölkədə tez-tez rast gəlinən "şərəf cinayəti" ilə bağlıdır. Paistan polisi, hadisə ilə bağlı araşdırmalarını davam etdirir.

Anvar-ul-Haq əvvəlcə istintaqa bildirib ki, atışmanı naməlum şəxslər həyata keçirib, amma daha sonra cinayəti etiraf edərək, qızının paylaşımlarını "yaramaz" adlandırıb. Paistan polisi bu mərhələdə müxtəlif ehtimalları araşdırır, o cümlədən şərəf cinayətinin olub-olmaması.

Anvar-ul-Haq bildirib ki, ailəsi qızının geyimi, həyat tərzi və ictimai fəaliyyətləri ilə bağlı etiraz edirdi. Hira, ABŞ-da yaşadıqları 25 il ərzində TikTok-da məzmun paylaşmağa başlamışdı və ailəsi Pakistana qayıtmadan əvvəl artıq sosial şəbəkədə aktiv idi.

Əgər bu hadisə şərəf cinayəti kimi qiymətləndirilərsə və Anvar-ul-Haq günahkar hesab edilərsə, ona ömürlük həbs cəzası veriləcək. Paistan hökuməti 2016-cı ildə şərəf cinayətlərinə görə cəzaların sərtləşdirilməsi qərarı qəbul edib. Əvvəllər belə cinayətlərdə təqsirli bilinənlər ailənin bağışlaması ilə cəzadan azad olurdular.

Paistanda TikTok-u 54 milyon insan istifadə edir, lakin hökumət son illərdə "uygunsuz məzmun" səbəbi ilə tətbiqi dəfələrlə bloklayıb. Hökumət, TikTok-a mütəmadi olaraq məzmun moderasiyası ilə bağlı tələblər göndərir.

Buna paralel olaraq, Paistanın Müstəqil İnsan Haqları Komissiyasının məlumatına görə, hər il 1000-dən çox qadın "şərəf" səbəbiylə ailə üzvləri və ya icma tərəfindən öldürülür. Bu, qadınların qaçması, sosial şəbəkələrdə məzmun paylaşması, kişilərlə əlaqə qurması və ya konservativ qadın dəyərlərinə zidd hərəkətlər etməsi kimi halları əhatə edir.

Nilay 

Oxşar Xəbərlər