MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Castin Biber qalmaqaldan sonra başını tamamilə qırxıb

Müğənni Castin Biber, Pi Diddiyə dair baş vermiş qalmaqaldan sonra yeni saç düzümü ilə ictimaiyyət qarşısına çıxıb.

32gun.az xarici "PageSix" nəşrinə istinadən xəbər verir ki, o, tamamilə saçlarını qırxıb və sarı rəngli kapüşonlu sviter, qum rəngli şalvar və qəhvəyi ayaqqabılar geyinib.

Yanvar ayında xəbər verilib ki, Pi Diddiyə dair qalmaqal, Castin Biber və model Heyli Biberin evliliyini təhlükəyə ata bilər.

Bir neçə gün əvvəl Castin Biberin izləyiciləri onun Instagram-da həyat yoldaşı Heyli Biberi izləməkdən çıxmasını fərq ediblər. Lakin müğənni daha sonra şəxsi bloqunda yazaraq qeyd edib ki, hesabına kim isə daxil olub və bunu edərək, sonradan yazısını silib.

Əvvəlki zamanlarda Castin Biber, Heyli Biberin ailəsi ilə əlaqədar mübahisələr barədə şayiələrə səbəb olub. O, qayınatası, aktyor Stiven Boldvinin Instagram hesabını izləməkdən çıxıb. Bəzi internet istifadəçiləri bunu, müğənninin model və ya onun ailəsi ilə əlaqələrində ola biləcək problemlərdən xəbər verən bir işarə kimi qəbul ediblər. Bu, əvvəllər də evlilikdəki mübahisələr və ayrılma ehtimalları barədə şayiələrə yol açıb.

Nilay 

 

Oxşar Xəbərlər