DÜNYA ÖZ XƏBƏR

Energetika Nazirinin müavini vəzifəsindən azad edilib - Rusiyada

Rusiya Energetika Nazirinin müavini Sergey Moçalnikov vəzifəsindən azad edilib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam Rusiya Hüquqi Məlumatlar İnternet Portalında yerləşdirilib.

Sənəddə bildirilir ki, qərar Moçalnikovun özünün müraciəti əsasında qəbul edilib. O, bu vəzifədə 2022-ci ilin aprelindən çalışırdı.

2024-cü ilin oktyabrında Moçalnikov rəsmi vəzifə səlahiyyətlərindən sui-istifadə (RF Cinayət Məcəlləsinin 285-ci maddəsi, 1-ci bəndi) ilə ittiham edilib. İttihamlar Rusiya Energetika Nazirliyinin vəsaitlərinin mənimsənilməsi ilə bağlı aparılan cinayət işində yer alır. Rusiya Daxili İşlər Nazirliyi bildirir ki, o, dövlət büdcəsindən külli miqdarda vəsaitin mənimsənilməsinə şübhəli bilinir.

Bu iş üzrə digər ittiham olunanlardan biri də Rusiya Energetika Nazirinin keçmiş müavini Anatoli Yanovskiy olub. Məhkəmə onu həbs edib.

Daha sonra Moskvanın Nikulinski Rayon Məhkəməsi FGBU "GURSH"nun müavini Natalia Konevanı da həbs edib, o da Moçalnikovun işində ittiham olunan şəxslərdən biridir.

Ayxan 

Oxşar Xəbərlər