Donald Tramp Vladimir Putinlə ikitərəfli görüşü mümkün sayır.
ABŞ-ın sabiq prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putinlə yaxın gələcəkdə ikitərəfli görüşün mümkün olduğunu bildirib.
32gun.az bildirir ki, Tramp Yaponiya baş naziri Siqeru İşiba ilə Ağ Evdə keçirdiyi görüşdən əvvəl jurnalistlərə açıqlama verib.
"Bizim həmişə yaxşı münasibətlərimiz olub. Prezident Putinlə aramız həmişə yaxşı olub. Buna görə də baş verənlər məni çox kədərləndirir", – deyə o qeyd edib.
Ona Putinlə şəxsən görüşmək niyyətində olub-olmadığı soruşulduqda, "Mümkündür. Bu mümkündür", – deyə cavab verib.
Bu arada, fevralın 7-də Kremlin sözçüsü Dmitri Peskov Moskva və Vaşinqtonun hələlik Putin-Tramp görüşünü müzakirə etmədiyini bildirib və "Amerikalı jurnalistləri tələsməməyə" çağırıb.
Fevralın 5-də isə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Vaşinqtonun Moskva ilə münasibətlərin normallaşdırılması üçün ilk addımı atmalı olduğunu bildirib. O əlavə edib ki, Rusiya "sərt danışıqlar" aparmağa hazırdır və bu prosesdə öz milli maraqlarını və geosiyasi reallıqları nəzərə alacaq.
Ayxan