Moskva Arbitraj Məhkəməsi Google Ireland Limited şirkətinə bu şirkətin iflas sövdələşməsinə etiraz etmək məsələsində Google MMC-nin iflas üzrə müvəkkili Valeri Talyarovskinin səlahiyyətlərini məhdudlaşdırmağı qadağan edən qərar çıxarıb.
32gun.az bildirir ki, bu barədə “Vedomosti” yazıb.
Bildirilib ki, bu, məhkəmənin müvəqqəti tədbirlərin tətbiqi barədə qərarından irəli gəlir.
İddianı ANO TV-Novosti (Russia Today telekanalı) qaldırıb və o, Google-un İrlandiya ofisinin ABŞ-ın Kaliforniya ştatının Şimal Dairə Məhkəməsində (San-Xose filialı) hər hansı məhkəmə prosesinin keçirilməsinə qadağa qoyulmasını tələb edib. ANO TV-Novosti-nin başlatdığı iş üzrə ilk məhkəmə iclası martın 11-nə təyin edilib.
Nəşr qeyd edir ki, Moskva məhkəməsi 2023-cü il oktyabrın 18-də Google-un Rusiyadakı törəmə şirkəti Google MMC-ni müflis elan edib. Şirkətin kreditorlara borcu 53,6 milyard rubl təşkil edib. Məhkəmə altı ay müddətinə iflas proseduru tətbiq etdi və əvvəllər müvəqqəti qəyyum kimi fəaliyyət göstərən Talyarovskini iflas üzrə müvəkkil kimi təsdiq etdi. 2022-ci ilin iyun ayında Google MMC "maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyini" əsas gətirərək iflas elan edib.
Yanvar ayında ABŞ-ın Kaliforniya ştatının Şimal Dairə Məhkəməsi Google MMC-nin meneceri Valeri Talyarovskinin Google Ireland Limited-dən təzminat tələb etməsini qadağan edib.
Ayxan