ABŞ Prezidenti Donald Tramp USAID (Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyi) korrupsiyasının "görülməmiş səviyyələrə" çatdığını bəyan edib və agentliyin bağlanmasını tələb edib.
32gun.az bildirir ki, "Truth Social"platformasında paylaşdığı yazıda Tramp, USAID-ə ayrılan vəsaitlərin "tamamilə başa düşülməyən bir şəkildə" xərcləndiyini vurğulayıb və bu vəsaitlərin çox hissəsinin "fırıldaqçılıq yolu ilə" istifadə edildiyini qeyd edib. O, həmçinin bu vəziyyətin "radikal solçuları dəli etməyə" səbəb olduğunu bildirib. "Korrupsiya, görünməmiş səviyyələrə çatıb. Onu bağlayın!" – deyə Tramp qeyd edib.
CNN-in məlumatına görə, Tramp administrasiyası USAID-in işçilərini kəskin şəkildə azaldaraq orada yalnız 300 nəfərdən az əməkdaş qalmasını planlaşdırır. Qalan işçilər isə 7 fevral tarixindən etibarən məzuniyyətə yollanacaq.
Trampın qərarına əsasən, USAID Ukraynada bütün layihələrinin həyata keçirilməsini 90 gün müddətinə dayandırıb. Agentlik, ABŞ hökumətinin beynəlxalq inkişafı və yardımını həyata keçirən qurumdur və demokratiyanın gücləndirilməsi, humanitar böhranların aradan qaldırılması və digər ölkələrə irəliləyiş əldə etməyə kömək etmək məqsədi daşıyır.
Nilay