DÜNYA ÖZ XƏBƏR

Oliqarx Plahotnyuku İnterpol tərəfindən beynəlxalq axtarışa verilib

İnterpol, Moldovanın Demokratiya Partiyasının keçmiş sədri Vladimir Plahotniuku beynəlxalq axtarışa verib

İnterpol, Moldovanın Demokratiya Partiyasının keçmiş sədri Vladimir Plahotniuku beynəlxalq axtarışa verib. O, fırıldaqçılıq və pul yuyulmasında ittiham olunur.

32gun.az bildirir ki, bu barədə Moldovanın polis təşkilatı öz Telegram kanalında məlumat yayıb.

İlk olaraq, İnterpol, onun axtarışa verilməsi ilə bağlı müraciəti rədd etmişdi. Lakin apellyasiya şikayətindən sonra qərar yenidən nəzərdən keçirilib. İnterpolun işlər üzrə nəzarət komissiyası, beynəlxalq axtarışa verilməsi barədə qərarı qəbul etdiyi barədə Beynəlxalq Polis Əməkdaşlığı İdarəsini məlumatlandırıb.

İndi Plahotniq, həbs edilərək Moldovaya ekstradə oluna bilər.

Ayxan 

Oxşar Xəbərlər