Amerika Birləşmiş Ştatları bu həftə Yaponiyaya hərbi yardımın çatdırılmasını təsdiqləyib.
32gun.az bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirib.
Amerika liderinin sözlərinə görə, Vaşinqtondan Tokioya yardımın ümumi məbləği 1 milyard dollara yaxındır.
"Mən məmnuniyyətlə elan edirəm ki, bu həftə Administrasiyam Tokioya bir milyard dollara yaxın hərbi satışları təsdiqləyib" Tramp deyib.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Yaponiyanın təhlükəsizliyini təmin etməyə tam sadiqdir.
O əlavə edib ki, Yaponiya ABŞ hərbi məhsullarının ən böyük alıcılarından biridir və bu, ikitərəfli müdafiə əlaqələrini gücləndirir və həmçinin Asiya-Sakit okean regionunda sabitliyə töhfə verir.
Nilay