"Time jurnalı" fevral sayının üz qabığında amerikalı sahibkar və milyarder İlon Maskı, ABŞ prezidenti kreslosunda oturmuş halda təqdim edəcək.
32gun.az bildirir ki, bu qərar, Maskın ABŞ administrasiyasındakı artan təsiri ilə bağlı son müzakirələrə əsaslanır.
Jurnalın materialında deyilir: "Hələlik Mask yalnız ABŞ prezidenti Donald Trump-a cavabdeh kimi görünür".
Üz qabığında amerikalı biznesmen Oval ofisdə, ABŞ prezidentinin arxasında oturur. Arxada ABŞ və prezidentin bayraqları görünür. Sayı 24 fevralda satışa çıxacaq.
Bunda əvvəl ABŞ-ın 12 ştatının baş prokurorları, Maskın Dövlət İdarəetmə Effektivliyi Departamentinin əməkdaşlarının gizli məlumatlarına çıxışını məhdudlaşdırmağı tələb ediblər.
Ayxan