Saratovda kişi yetkinlik yaşına çatmayan qızı döydüyünə görə şərti cəza aldı
Saratovda bir kişi birlikdə yaşadığı qadının 10 yaşlı qızını döydüyünə görə bir il şərti cəza alıb.
32gun.az bildirir ki, bu barədə Rusiyanın məşhur "SarInform" portalı məlumat yayıb.
Hadisə 2024-cü ilin yazında baş verib. 35 yaşlı kişi ögey qızına hücum edərək onu dəfələrlə təpikləyib və barmağını sındırıb. Məhkəmə onu günahkar bilib və bir il şərti cəza təyin edib. O, həmçinin mənəvi zərərə görə kompensasiya ödəyib.
Bundan əvvəl Tümen şəhərində başqa bir hadisə qeydə alınıb: 27 yaşlı kişi ögey atasını anasını təhqir etdiyinə görə döyərək ona qabırğa və çənə sınığı yetirib. İnsident spirtli içki qəbul edilən məclis zamanı baş verib. Hadisə ilə bağlı cinayət işi açılıb, şübhəli şəxsi səkkiz ilədək həbs cəzası gözləyə bilər.
Ayxan