DÜNYA ÖZ XƏBƏR

Latviya sakinləri Rusiya və Belarusa səfərlərdən çəkinməyi tövsiyə ediblər

Latviya DİN rəhbəri vətəndaşları Rusiyaya və Belarusa səfərlərdən çəkinməyə çağırıb

Latviyanın daxili işlər naziri Rixards Kozlovskis ölkə vətəndaşlarına Rusiyaya və Belarusa səfərləri minimuma endirməyi tövsiyə edib.

32gun.az xəbər verir ki, onun açıqlamasını Onun sözlərini ölkənin "LSM" portalına yayıb.

"Başa düşürəm ki, insanların orada qohumları və işləri var, lakin bu səfərlər minimuma endirilməlidir", – deyə nazir bildirib.

Kozlovskis əlavə edib ki, vəziyyət gərginləşərsə, sərhəd bir neçə saat ərzində bağlana bilər.

Bundan əvvəl Estoniyanın daxili işlər naziri Lauri Lyənemets ölkəsinin Rusiya ilə sərhədini bağlamağı planlaşdırmadığını demişdi. O, təhlükəsizlik baxımından belə bir addımın hələlik lazım olmadığını bildirmişdi.

Eyni zamanda, RBK agentliyi yazıb ki, Estoniyanın Narva və Rusiyanın İvanqorod şəhərləri arasındakı sərhədi keçmək bəzən bir gündən çox çəkir. Hər gün bu keçid məntəqəsindən 800-1000 nəfər istifadə edir ki, onların arasında Latviya, Estoniya və Finlandiya vətəndaşları da var.

Nilay

Oxşar Xəbərlər