Hindistanın mayeləşdirilmiş təbii qaz (LNG) alıcıları ABŞ-dan daha çox yanacaq tədarükü üçün Amerika şirkətləri ilə danışıqlar aparır.
32gun.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Indian Oil Corporation da daxil olmaqla Hindistan şirkətləri Cheniere Energy Inc. və digər ABŞ ixracatçıları ilə uzunmüddətli əməkdaşlığı müzakirə edir. Danışıqlar Hindistanın baş naziri Narendra Modi və ABŞ prezidenti Donald Tramp arasında 12-13 fevral tarixlərində keçiriləcək görüş ərəfəsində aparılır.
Mənbələr bildirir ki, Hindistan hökuməti idxalçı şirkətlərə müqavilələri tez bağlamaları üçün təzyiq göstərir.
Yanvar ayında Hindistanın neft naziri Hardip Sinqh Puri ABŞ-dan neft və qaz idxalını artırmaq niyyətində olduqlarını açıqlamışdı. Hazırda Hindistan gündə 4,8 milyon barrel neft alır ki, bunun 1,8 milyon barreli Rusiya tədarükçülərinin payına düşür.
Nilay