İlon Mask: FEMA 59 milyon dolları qeyri-qanuni miqrantlar üçün lüks otellərə xərcləyib
ABŞ-ın Federal Fövqəladə Hallar Agentliyi (FEMA) Nyu-Yorkdakı premium otellərə 59 milyon dollar ödəyərək qeyri-qanuni miqrantları yerləşdirib.
32gun.az bildirir ki, bu barədə amerikalı iş adamı və Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask sosial şəbəkə X-də bildirib.
"DOGE komandası yeni öyrəndi ki, ötən həftə FEMA qeyri-qanuni miqrantların yerləşdirilməsi üçün Nyu-Yorkdakı premium otellərə 59 milyon dollar ayırıb", – deyə Mask yazıb.
O əlavə edib ki, DOGE bu vəsaitlərin geri qaytarılmasını tələb edəcək. Onun sözlərinə görə, agentliyin bu addımı qanunsuzdur və vəsaitlər təbii fəlakətlər zamanı əhaliyə yardım üçün sərf olunmalıdır.
Bundan bir neçə saat əvvəl Mask ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının tədqiqat və təhsil qrantlarının verilməsində müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, Equality and Inclusion – DEI) qaydalarına riayət olunmasını tələb etdiyini də qeyd edib.
Nilay