DÜNYA ÖZ XƏBƏR

Qərb Trampın Ukrayna ilə bağlı planının hazır olmadığını bəyan edib

ABŞ prezidenti Donald Trampın Ukraynada nizamlanma planı hazır deyil və bu həftə təqdim olunmayacaq.

32gun.az bildirir ki, bu barədə ANSA agentliyi NATO -dakı mənbələrə istinadən məlumat yayıb. 

Plan yaxın günlərdə nə nazirlərin Brüssel görüşündə, nə də Münhen Təhlükəsizlik Konfransında təqdim edilməyəcək .

“Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi  General Keith Kellogg fevralın ikinci yarısında bir sıra görüşlər üçün NATO qərargahına gələcək və yalnız bundan sonra plan yetişəcək”, - mənbə bildirib.

Mənbənin qeyd etdiyi kimi, yalnız Amerika prezidenti Rusiya prezidenti Vladimir Putinə təsir edə bilər. 

Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda ABŞ prezidenti Donald Trampın komandasından olan “ciddi adamların” bu həftə Ukraynaya səfər edəcəyini açıqlamışdı . O qeyd edib ki, bu, fevralın 14-dən 16-dək baş tutacaq Münhen konfransından əvvəl baş verəcək.

Nilay

Oxşar Xəbərlər