DÜNYA ÖZ XƏBƏR

8 güllə yarası alan polisin ayağı amputasiyadan son anda xilas oldu

Dərbəndin Mərkəzi Şəhər Xəstəxanasının həkimləri, quldurların polis əməkdaşına onun öz silahı ilə 8 dəfə atəş açdığı halda, onun ayağını amputasiyadan xilas ediblər.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Xəstəxanadan verilən məlumata görə, kişi ağır atəşli yaralanma ilə xəstəxanaya gətirilib, bud damarlarının zədələnməsi, böyük qan itkisi və ayağın kəskin isxemiyası diaqnozu qoyulub.

Xəstəxanadan bildiriblər ki, ilkin müalicə olaraq endovaskulyar anqioqrafiya keçirilib və sonra zədələnmiş arteriya hissəsinin əvəzlənməsi (autovəneo protetikası) əməliyyatı aparılıb. Çətin əməliyyat nəticəsində ayaq amputasiyadan qorunub. Hazırda xəstə reanimasiyadan palataya köçürülüb və həyatı üçün təhlükə yoxdur.

Hadisə 9 fevralda Dərbənddə ictimai müəssisənin qarşısında baş verib. Üç kişi polis əməkdaşını yerə yıxıb və ona zorakılıq tətbiq ediblər. Daha sonra onlardan biri polis əməkdaşının silahını götürərək ona 8 dəfə atəş açıb. Hücumdan sonra şəxslər qaçıblar, lakin eyni gün ərzində saxlanılıblar.

Cinayət işi iki maddə ilə açılıb: hüquq-mühafizə orqanı əməkdaşının həyatına qarşı sui-qəsd və həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla odlu silahın oğurlanması...

Ayxan 

 

 

Oxşar Xəbərlər