DÜNYA ÖZ XƏBƏR

ABŞ Nyu York merinə qarşı korrupsiya işini bağlayır

ABŞ Ədliyyə Nazirliyi Nyu-York meri Erik Adamsın korrupsiya işini bağlayıb

ABŞ Ədliyyə Nazirliyi federal prokurorlara Nyu-York meri Erik Adamsın korrupsiya işi üzrə istintaqı bağlamağı tapşırıb.

32gun.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Məlumata görə, ABŞ baş prokurorunun müavini Emil Bouv Adamsın daha əvvəl əlindən alınmış məxfi informasiyalara çıxış icazəsinin bərpasını da əmr edib.

Prokurorlara, həmçinin, 2025-ci ilin noyabrında keçiriləcək Nyu-York meri seçkilərinə qədər Adamsa qarşı yeni istintaq tədbirlərinin aparılmaması tapşırılıb.

Adams ötən ilin sentyabrında korrupsiya ittihamları ilə üzləşmişdi. Ona qarşı beş federal ittiham irəli sürülüb. Mer bu ittihamları keçmiş prezident Co Baydenin miqrasiya siyasətini tənqid etdiyinə görə ona qarşı "siyasi qisas" adlandırıb.

ABŞ prezidenti Donald Tramp isə Adamsın əfv edilməsi məsələsini nəzərdən keçirəcəyini bildirib.

Qeyd edək ki, Bayden administrasiyası dövründə cənub ştatlarının hakimiyyət orqanları qeyri-leqal miqrantları Nyu-Yorka göndərirdi və onlar üçün otellər sığınacağa çevrilmişdi. Tramp hakimiyyətə gəldikdən sonra isə genişmiqyaslı deportasiya proqramına start verib.

Ayxan 

Oxşar Xəbərlər