Saxalin sahillərində quma oturan Çin yük gəmisi An Yang 2-nin müayinəsinə başlanılıb.
32gun.az bildirir ki, bu barədə region hökumətinin mətbuat xidməti xəbər verib.
Məlumata görə, dalğıclar artıq gəminin sağ bortunu yoxlayırlar. Sol tərəfdə isə yüksək dalğalar səbəbindən iş aparmaq mümkün deyil. Bundan əlavə, gəmi sahibinin sığorta agentinin göyərtəyə çıxmasını təmin etmək üçün suya xüsusi nərdivan endirilib.
Eyni zamanda, Morspasslužba mühəndisləri də gəminin daxilinə baxış keçirəcək və yanacağın köçürülməsi üçün avadanlıqların işlək vəziyyətdə olub-olmadığını araşdıracaqlar.
Qeyd edək ki, Mash Telegram kanalı gəminin 9 fevral gecəsi Qazaska çayı sahillərində ekipajın səhvi ucbatından qəzaya uğradığını bildirmişdi. An Yang 2-də 1000 ton kömür, 54 ton dizel yanacağı və 706 ton mazut var.
Ayxan