Burdurun Gökçebağ kəndində heyvandarlıqla məşğul olan 52 yaşlı Nurettin Ot tövləsinin qarşısında yem hazırlayarkən müvazinətini itirərək yem qarışdıran maşına düşüb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisəni fərq edən ətrafdakı insanların xəbər verməsi üzərinə bölgəyə 112 Təcili Sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib.
Müdaxilə nəticəsində maşından çıxarılan Nurettin Ötün öldüyü müəyyən edilib. Evli və 3 uşaq atası olan Otun cəsədi hadisə yerinin araşdırmasından sonra Burdur Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
Ayxan