Balıkəsirdə xarici vətəndaşlardan pul oğurlayan şübhəlilər tutulub.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özlərini polis əməkdaşı kimi təqdim edən və xarici ölkə vətəndaşlarından pul oğurlayan 5 şübhəli tutulub.
Rayonun Ege Məhəlləsində özlərini polis kimi təqdim edən 5 şübhəli şəxs 6 nəfərin şəxsiyyət vəsiqələrini yoxlayaraq bu əcnəbi vətəndaşları tapança ilə döyüblər. Xarici ölkə vətəndaşlarını evlərində qapalı saxlayaraq 57 min lirə oğurlayan şübhəlilər daha sonra qaçıblar.
Şikayət üzərinə hərəkətə keçən Balıkesir Asayiş Şöbə Müdirliyi Qəsb Büro Komandirliyi qrupları, 37 ayrı təhlükəsizlik kamerasından 145 saatlıq görüntüləri araşdırıb təhlili nəticəsində şübhəlilərin şəxsiyyətlərini təyin edib.
Hadisədən sonra şübhəlilərin İstanbuldan Balıkəsirə gələrək İstanbula qaçdıqları müəyyən edilib.
İstanbul və Kocaelidə eyni vaxtda keçirilən əməliyyatlarda şübhəlilər CA, İ.Y, Ş.G, FG və AB yaxalanıb.
Axtarışlar zamanı iki saxta polis vəsiqəsi götürülüb.
Balıkəsirdə gətirilən 5 şübhəli polis bölməsindəki əməliyyatların ardından məhkəmə tərəfindən həbs edilib.
Nilay