DÜNYA ÖZ XƏBƏR

Ərini öldürən 5 uşaq anası ilə bağlı ŞOK MƏLUMAT

Kocaelinin Çayırova rayonunda mübahisə zamanı ərini tapança ilə vuraraq öldürən 5 uşaq anası  həbsxanaya göndərilib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Atatürk məhəlləsində, Adnan Qəhvəçi küçəsində tütün məmulatları satılan mağazada baş verib. İddiaya görə, FA naməlum səbəbdən əri Seyithan Adırla mübahisə etməyə başlayıb. Mübahisə böyüdükcə FA ərini güllələyib.

Daha sonra qadın qonşuluqdakı mağazaya gedərək ərini vurduğunu deyib və oradakılardan 112 Təcili Yardım Mərkəzinə zəng etmələrini xahiş edib. Vətəndaşların xəbərdarlığından sonra hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn sağlamlıq qrupları Seyit Adırın həyatını itirdiyini müəyyən ediblər. 5 uşaq anası olan FA hadisədə istifadə etdiyi silahla saxlanılıb.

İfadəsi alınan qadın məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.

Nilay 

Oxşar Xəbərlər