Osmaniyənin Düziçi rayonunun Böcəkli qəsəbəsində dəhşətli bir cinayət baş verib. 29 yaşlı Halil Canlı, atası 80 yaşlı Mehmet Canlı ilə yaşadığı mübahisə nəticəsində onu balta ilə öldürüb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə, Demirciler Mahallesində baş verib.
İddiaya görə, Halil Canlı ilə atası arasında naməlum bir səbəbdən mübahisə yaranıb. Mübahisə qısa müddətdə davaya çevrilib və bu zaman Halil Canlı, əlindəki balta ilə atasına hücum edərək onu ciddi şəkildə zədələyib və həyatını itirməsinə səbəb olub.
Hadisənin xəbərini alaraq hadisə yerinə əraziyə tibbi yardım və jandarma əməkdaşları göndərilib. Halil Canlı, cinayəti törətdikdən sonra qaçmayıb və jandarma komandalarına təslim olub. O, hazırda istintaq altında saxlanılır. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Nilay