DÜNYA ÖZ XƏBƏR

Ticarət mərkəzində yanğın təhlükəsi - VİDEO

İstanbulun Üsküdar rayonunda yerləşən Akasya AVM-də dəhşətli bir hadisə yaşanıb. Alışveriş mərkəzinin -1-ci mərtəbəsində havalandırma sistemində yanğın baş verib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yanğın nəticəsində AVM içərisi yoğun dumanla dolub və müştərilər sürətlə təxliyə edilib.

 Məlumata görə, yanğın Acıbademdəki Akasya AVM-nin eksi birinci mərtəbəsində yerləşən elektrikli hava pərdəsindən başlayıb. Hadisə yerinə dərhal itfaiyə, polis və tibbi yardım ekipajları cəlb edilib. İtfaiyə əməkdaşlarının müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınaraq söndürülüb. Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır.

Nilay 

 

 

 

Oxşar Xəbərlər