DÜNYA ÖZ XƏBƏR

Hamburq Almaniya Donanmasının yeni korveti Emden-də təxribat cəhdini araşdırır

Naməlum şəxslər Hamburqda Almaniya Hərbi Dəniz Qüvvələrinin yeni “Emden” korvetinin mühərrikinə bir neçə onlarla kiloqram metal qırıntıları töküblər.

32gun.az bildirir ki, bu barədə ölkənin Süddeutsche Zeitung qəzeti xəbər verib.

Məlumata görə, araşdırma aparılır. 

Məqalədə qeyd olunub ki, Blohm + Voss tərsanələrindən gəminin ilk səyahətinə az qalmış mühərrikdə metal qırıntıları aşkar edilib. Bu, gəmiyə ciddi ziyan vura və Emden-in Almaniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsini gecikdirə bilərdi.

Faktla bağlı ştatın kriminal polis idarəsi araşdırma aparır. Polis gəmidə təxribat törətmək cəhdindən şübhələnir.

Materialda göstərilir ki, yeni korvet Emden dəniz sərhədlərində patrul xidməti vəzifəsini yerinə yetirmək üçün istifadə olunacaq.

Nilay 

Oxşar Xəbərlər