Malatyada Polis İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi ilə Kəşfiyyat Şöbəsinin əməkdaşları qanunsuz silah ticarəti və təminatı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada 2 sərnişin avtobusunda aparılan axtarışlar və 4 hədəf şəxsə qarşı keçirilən əməliyyatlarda 12 ədəd lisenziyası olmayan tapança və 1,898 ədəd ekstazi həbi tapılıb.
4 şəxs saxlanılıb və polis bölməsindəki istintaqın ardından məhkəməyə göndərilib. Saxlanılanlardan Ö.B. həbs olunub.
Nilay