DÜNYA ÖZ XƏBƏR

Şizofreniya xəstəsi ana iki övladını vəhşicəsinə öldürdü

Şizofreniya xəstəsi olduğu iddia edilən ana, məlum olmayan bir səbəbdən evdəki uşaqları Afra Sümeyye Dereci (10), Muhammet Ali Dereci (7) və A.B.D.-nin (12) biləklərini kəsib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ankaranın Keçiören ilçəsinin Ayvalı Mahalləsində saat 12.00 radələrində baş verib. 

Qonşuların məlumat verməsi ilə, hadisə yerinə çox sayda polis və təcili yardım komandası göndərilib. Tibb işçilərinin müayinəsi nəticəsində Afra Sümeyye Dereci və Muhammet Ali Dereci-nin həyatını itirdiyi müəyyənləşib. Yaralı olan A.B.D. isə xəstəxanaya aparılıb və vəziyyətinin ağır olduğu bildirilib.

Ana, polis tərəfindən hadisə yerində saxlanılıb. Hadisə yeri üzrə mütəxəssislər evdə və ətrafda araşdırmalar aparıblar. 

Evə gələn yaxınları göz yaşlarına boğulub.

Ailənin qonşusu Nevzat Çetin, hadisə barədə "Səs-küyləri eşidib çölə çıxdım. Bir uşaq "Bu qatildir, öldürdü" dedi.  O anda qonşularla evə getdik. Qapıda bir uşaq gördük, biləyindən kəsilmişdi. İki uşaq yatıb. Görəndə özümü itirdim. Əlində bıçaq vardı. Yenicə köçmüşdülər, 3-4 aylıq kirayədar idilər. Biz çox tanımırdıq, amma zəhmətkeş idilər. Həyat yoldaşı çox yaxşı insan idi. Belə bir şey olacağını heç ağlıma gətirməzdim. Ananı apardılar, qadın nə etdiyini bilmirdi. Ataları marketdə mühasibatlıq edirdi. Səssiz, uşaqlarına çox bağlı biri idi" deyib.

Evə edilən araşdırmadan sonra, həyatını itirən Afra Sümeyye Dereci və Muhammet Ali Derecinin meyitləri, ekspertiza üçün aparılıb.

Qadının bacısının həyat yoldaşı Mehmet Altuğ, ananın xəstəliyi səbəbilə dərman qəbul etdiyini bildirib və "Dərmanlarını kəsmiş, bizim də xəbərimiz yox idi. Çox xoşbəxt idilər, uşaqlarına bağlıydılar. Cinnət keçirdi. Onunla da danışmışdıq, hazırda şüuru yerində deyil. Özünü belə tanımır. Uşaqlardan biri fiziki əlilliyi var. Əri hadisə baş verəndə işdəymiş. Xəstəxanadakı böyük qızı əvvəlcə atasını axtarır. Atası da oğlumu axtarır. Oğlum burada yaxınlarda işləyir. İlk olaraq o gəlib hadisəni görüb. Ananı əlində bıçaqla görüb. Bıçağı əlindən alıb atmış. Xəstəxanadakı uşağın vəziyyəti də yaxşı deyil, deyirlər ki, onu reanimasiyaya alıblar" deyib.

Hadisə ilə bağlı uşaqların atası da ifadə verib.

Nilay 

Oxşar Xəbərlər