DÜNYA ÖZ XƏBƏR

Ağ Ev Tramp-Putin danışıqlarını yüksək qiymətləndirib

Ağ Ev: Trampın Putin və Zelenski ilə danışıqları müsbət keçib

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışıqları "çox pozitiv" olub.

32gun.az bildirir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

Onun sözlərinə görə, Tramp bu danışıqları "çox yaxşı və müsbət" kimi dəyərləndirib. Ağ Ev rəsmisi əlavə edib ki, Vaşinqton Rusiyanın Ukraynadakı münaqişəsinin tezliklə sülh yolu ilə həllinə tam sadiqdir.

Rusiya Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov isə bildirib ki, Ukraynadakı münaqişənin həllini Rusiya ordusunun uğurları sürətləndirəcək, lakin istənilən dialoq yoxluğundan daha yaxşıdır.

Qeyd edək ki, fevralın 12-də Putin və Tramp telefon danışığı aparıblar. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, söhbət 1,5 saat davam edib və Moskva-Vaşinqton əməkdaşlığının vacibliyi vurğulanıb.

Ayxan 

Oxşar Xəbərlər