DÜNYA ÖZ XƏBƏR

Oğurlanan İt 7 İldən Sonra Ailəsinə Qayıdır

İngiltərədə 7 il əvvəl oğurlanan it sahibinə qaytarıldı

İngiltərədə 2017-ci ildə oğurlanan labrador cinsindən olan Deyzi adlı it 7 ildən sonra sahiblərinə qaytarılıb. 

32gun.az bildirir ki, bu barədə Good News Network xəbər yayıb.

Rita və Filip Potterlərin Nofolkda yaşadığı evin qarşısına yük maşını yaxınlaşıb, iki nəfər tələsik düşərək Deyzini götürüb və maşının yük yerinə atıb. Hadisənin şahidi olan qonşular Potterlərə məlumat versələr də, polis itkin düşən iti tapa bilməyib.

Potterlər illər ərzində Deyzinin axtarışını dayandırmayıb, media və sosial şəbəkələrdə fəal şəkildə paylaşımlar ediblər. Hətta məşhur aktyor Tom Hardi onların müraciətini X platformasında yayımlayıb. Onlar həmçinin hökumətdən ev heyvanlarına qarşı cinayətlərlə mübarizədə daha sərt tədbirlər görülməsini tələb edən petisiya başladıb və 100 min imza toplayaraq yeni bir qanunun parlamentdən keçməsinə səbəb olublar.

İtin tapılması Kral Heyvanlara Qarşı Zorakılığın Qarşısının Alınması Cəmiyyəti (RSPCA) sayəsində mümkün olub. 13 yaşlı Deyzi Sasseksdə aşkar edilib və qanunsuz heyvan yetişdirmə sənayesinin qurbanı olduğu məlum olub. Son illər başqa bir sahibin yanında yaşayan it yeni sahibinin məlumatsız olması səbəbindən ona qaytarılıb.

Rita Potter bildirib ki, illərdir Deyzinin şəklini kaminin üstündə saxlayaraq onun haqqında düşünürdülər. İti yenidən görəndə inana bilməsələr də, onu əvvəlki kimi sevib qayğı göstərəcəklərinə söz veriblər.

Ayxan 

Oxşar Xəbərlər