Şahzadə Harrinin keçmiş bərbəri Səm Maknayt ona qalan saçlarından ya tamamilə imtina etməyi, ya da saç əkdirməyi məsləhət görüb.
32gun.az-ın Daily Mail-ə istinadən məlumatına görə, stilist Harrinin ən yaxşı saç transplantasiyası mütəxəssislərinə əlçatan olduğunu vurğulayıb və “Disneylanddə deyildiyi kimi, burax və unut” ifadəsi ilə ona müraciət edib.
Bu arada, 4 dekabrda The New York Timesın təşkil etdiyi DealBook 2024 sammitində iştirak edən şahzadə Harri, həyat yoldaşı Meqan Marklla bağlı yayılan şayiələrə münasibət bildirib. O, mediada onların dəfələrlə boşandığı və yeni evlər aldığı barədə xəbərlərin yayıldığını qeyd edərək, bunlara əhəmiyyət vermədiyini deyib.
Bununla belə, In Touch Weekly nəşri Harrinin və Meqan Marklın artıq birgə yaşamadığını iddia edib.
Ayxan