ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasını “qırmızı xətt” olaraq görür və bunun baş verməsinə yol verməyəcək.
32gun.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bəyan edib.
Onun sözlərinə görə, Tramp bu məsələdə mövqeyini açıq şəkildə ifadə edib və Tehran rejiminin nüvə potensialına sahib olmasına heç vaxt imkan verməyəcək.
"Bu, onun çəkdiyi qırmızı xətdir və o, bunun baş verməsinə icazə verməyəcək", – deyə Livitt vurğulayıb.
Ayxan