ABŞ-da inflyasiyanın artması keçmiş prezident Co Baydenin administrasiyası üçün "ittiham aktı"dır.
32gun.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bəyan edib.
Onun sözlərinə görə, Bayden komandası inflyasiya böhranını düzgün idarə edə bilməyib və onun həlli ilə bağlı şəffaflığı təmin etməyib.
Livitt daha əvvəl də Baydeni tənqid edərək, son dörd ildə keçmiş prezidentin və onun komandasının büdcə vəsaitlərini "sərxoş dənizçilər kimi" xərclədiyini bildirmişdi.
Ağ Ev rəsmisi əlavə edib ki, İnzibati-Büdcə Siyasəti İdarəsi xərcləri təhlil edir və Donald Trampın yeni siyasətinə uyğun proqramların qorunması üçün federal qurumların təkliflərini nəzərdən keçirməyə hazırdır.
Ayxan