DÜNYA ÖZ XƏBƏR

Keçmiş ərinin hücumuna məruz qalıb! Gənc qadın həyatını xilas etmək üçün iş yerinə sığınıb

Nevşehirdə keçmiş əri tərəfindən silahla vurulan 26 yaşlı qadın ağır yaralanıb.

Həyatını xilas etmək üçün iş yerinə sığınan qadının ölüm təhlükəsi ilə üzləşdiyi öyrənilib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə axşam saatlarında Güzel Yurt məhəlləsi 215-ci küçədə baş verib. Əldə edilən məlumata görə, 26 yaşlı Emre Y. maşını ilə keçmiş həyat yoldaşının arxasınca gedib. Küçədə onun arxasınca gələn Emre Y. keçmiş həyat yoldaşı 26 yaşlı Servetnur Ş.-yə atəş açaraq onu ağır yaralayıb.

Həyatını xilas etmək üçün hadisə yerindən qaçan qadın həmin küçədə yerləşən binanın birinci mərtəbəsindəki iş yerinə sığınaraq kömək istəyib. İş yerində olanların verdiyi xəbərin ardından hadisə yerinə sağlamlıq və polis qrupları sövq edildi. Sağlamlıq qrupları ağır yaralı Servetnur Ş-ı xəstəxanaya apararkən, polis hadisə yerində araşdırma başlayıb.

Hadisə yerindən qaçan Emre Y. hadisədə istifadə etdiyi silahı yoldakı tövləyə ataraq polisə təslim olub. Nəzarətə alınan Emre Y. daha sonra Nevşehir Dövlət Xəstəxanasında sağlamlıq idarəsindən keçirildi . Servetnur Ş.-nin həyati təhlükəsinin olduğu və reanimasiya şöbəsində müalicəsinin davam etdiyi bildirilib.

Nilay 

Oxşar Xəbərlər