Adanada cütlük olduğu iddia edilən bir kişi və qadın, mübahisə etdikləri gənc qadını saçlarından sürüyərək avtomobilə mindirməyə çalışıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlara mane olmaq istəyən azyaşlı qız da döyülüb. Hadisə, ətrafdakı kameralar tərəfindən qeydə alınıb.
Kimlikləri hələlik müəyyən edilməyən və eyni ailəyə mənsub olduğu güman edilən cütlük, yüngül ticarət avtomobilində bir qadınla birlikdə yol gedərkən mübahisəyə başlayıb. Sürücüdən avtomobili saxlamağı istəyən qadın düşdükdən sonra avtomobilə qayıtmaqdan imtina edib.
Bundan sonra cütlük onu döyərək saçlarından sürüyüb və zorla avtomobilə mindirməyə çalışıb. Bu zaman avtomobildə olan azyaşlı qız da düşərək onlara mane olmağa cəhd edib, lakin kişi onu vurub.
Zorakılığa məruz qalan qadını avtomobilə mindirən cütlük daha sonra hadisə yerindən uzaqlaşıb. Hadisə şahidləri bu anları mobil telefon vasitəsilə qeydə alıb və 112 Təcili Yardım Mərkəzinə məlumat verib. Cütlüyün tapılması və saxlanılması üçün araşdırma başlanıb.
Nilay